Bolqarıstanda təlim-məşq toplanışında olan "Səbail" ilk yoxlama görüşünü sabah keçirəcək. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, paytaxt təmsilçisi Plovdiv "Lokomotiv"i ilə qarşılaşacaq.

Oyunun başlama saatı da artıq müəyyənləşib. Belə ki, Aftandil Hacıyevin yetirmələri Bakı vaxtı ilə 16:00-da yerli komandaya qarşı qüvvəsini sınayacaq.

Qeyd edək ki, "Səbail" "Lokomotiv"dən sonra iyunun 25-də "Beroe" (Bolqarıstan), 28-də "Klinçeni" (Rumıniya), iyulun 1-də isə "FK Makedoniya" (Makedoniya) ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest