Uğursuz mövsüm keçirən "Mançester Yunayted" bunu sığortalamaq üçün heyətini gücləndirəcək. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "qırmızı şeytanlar" artıq transfer büdcəsini müəyyənləşdirib.

Belə ki, rəhbərlik baş məşqçi Ole-Qunnar Sulşerin istədiyi oyunçuların heyətə cəlb edilməsi üçün 100 milyon funt-sterlinq ayırıb. Bu məbləğ komandadakı futbolçuların satılması ilə artırıla bilər.

Sulşer isə rəhbərliyə transfer siyahısını təqdim edib. O, ilk olaraq müdafiəçilər Harri Maquayr və Aaron Van-Bissakanın alınmasını istəyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest