"Ayaks"da baş məşqçi Erik ten Haqla bağlı qərar verilib. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, hollandiyalı mütəxəssis Amsterdam klubunda qalıb.

Bir müddət əvvəl adı "Barselona" ilə birgə hallanan 49 yaşlı mütəxəssis yeni sözləşməyə imza atıb. Müqaviləyə əsasən, "Ayaks"ı 2022-ci ilin yayına qədər ten Haq çalışdıracaq.

Qeyd edək ki, Erik ten Haq 2017-ci ildən "Ayaks"ı çalışdırır. Komanda ötən mövsüm Hollandiya çempionatının və kubokunun qalibi olmaqla yanaşı, çempionlar Liqasında yarımfinala qədər irəliləmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest