2019-20 mövsümünə hazırlıqla bağlı oğlanlar, qızlar, həvəskarlar, Region Liqası və futzal liqalarındakı komandaların rəhbərləri və onlayn qeydiyyatını aparacaq şəxslərlə növbəti treninqlər Masallı və Ağsuda keçirilib.

Matc.az xəbər verir ki, treninqdə yeni klub yaradılması, istifadəçi adı və parolunun düzəldilməsi, oyunçu qeydiyyatının aparılması, oyunçu yenilənməsi, transfer, icarə proseslərin edilməsi, yeni lisenziya kartları haqda məlumat, sənədlərin bərkidilməsi və sair haqda geniş təqdimat olub, qeydiyyat sisteminin əsasnaməsi, qeydiyyatın başlama və son tarixləri, dəyişən qeydiyyat qaydaları haqda məlumatlar verilib.

"Futbola Qoşul" onlayn qeydiyyat proqramının tətbiqi qeydiyyat prosesinin onlayn şəkildə hər bir klub tərəfindən həyata keçirilməsini nəzərdə tutur.

Mənbə: affa.az

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest