"Səbail" daha bir futbolçusu ilə yollarını rəsmən ayırıb. Paytaxt təmsilçisi müdafiəçi Maudo Jarjue ilə sağollaşıb. Son iki mövsümü ölkəmizdə keçirən qvineya-bisaulu oyunçunun müqavilə müddəti başa çatıb və o, azad agent statusu alıb.

"Səbail" daha bir futbolçusu ilə yollarını rəsmən ayırıb. Matc.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

Paytaxt təmsilçisi müdafiəçi Maudo Jarjue ilə sağollaşıb. Son iki mövsümü ölkəmizdə keçirən qvineya-bisaulu oyunçunun müqavilə müddəti başa çatıb və o, azad agent statusu alıb.

Jarjuenin yeni klubu da artıq məlumdu. 21 yaşlı müdafiəçi karyerasını Avstriyada davam etdirəcək. O, Bundesliqada mübarizə aparan "Austriya" ilə anlaşıb. Vyana klubu Maudonun keçidini rəsmi saytı vasitəsilə bəyan edib.

Qeyd edək ki, Maudo Jarjue 2017-ci ildə "Jil Visente"dən "Səbail"ə keçmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest