"Hər zamankı kimi, ciddi rəqiblə qarşılaşacağıq. Bizi çətin qarşılaşmalar gözləyir. Bildiyim qədər, komandanı yeni baş məşqçi çalışdıracaq. Bizim üçün tanış olmayan rəqib olacaq. Keçən mövsümdəki komanda ilə builki arasında fərq çox olacaq".

"Hər zamankı kimi, ciddi rəqiblə qarşılaşacağıq". Matc.az saytı xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Bu gün baş tutan püşkatma mərasimində Ağdam təmsilçisi çempionlar Liqasının I təsnifat mərhələsində Albaniya çempionu "Partizani"yə rəqib olub.

Püşkü dəyərləndirən Qurbanov Albaniya klublarının intizamlı oyun göstərdiklərini söyləyib: "Bizi çətin qarşılaşmalar gözləyir. Bildiyim qədər, komandanı yeni baş məşqçi çalışdıracaq. Bizim üçün tanış olmayan rəqib olacaq. Keçən mövsümdəki komanda ilə builki arasında fərq çox olacaq: həm məşqçi dəyişikliyi, həm də yeni transferlər. Həddindən artıq ciddi və diqqətli olmalıyıq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest