Dortmund "Borussiya"sı baş məşqçisi Lüsyen Favla bağlı qərarını verib. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, isveçrəli mütəxəssis postunda saxlanılıb.

61 yaşlı çalışdırıcı ilə hətta yeni müqavilə imzalanıb. Favr gələn ilin yayına qədər olan sözləşməsinin müddətini 2021-ci ilə qədər uzadıb.

Qeyd edək ki, "Borussiya" ötən mövsüm Bundesliqada 2-ci yeri tutub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest