"Real"ın yarımmüdafiəçisi Hames Rodriges İtaliyaya köçməyə hazırlaşır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Kolumbiya millisinin üzvü "Napoli"yə keçməyə yaxındı.

Ulduz futbolçu Neapol təmsilçisi ilə müqavilənin şərtlərini artıq razılaşdırıb. İndi qalır "Real"ı bu keçidə razı salmaq. "Kral klubu" son iki mövsümü icarə əsasında "Bavariya"da keçirən 28 yaşlı hücumameyilli oyunçunun satışından 55 milyon avro qazanc əldə etmək istəyir.

Hames həmçinin "Yuventus" və "Mançester Yunayted"in də maraq dairəsindədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest