2019-20 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sabah" daha bir futbolçunu heyətinə cəlb edib. Məhəmməd Mirzəbəyov bundan sonra bakılıların şərəfini qoruyacaq. 28 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

2019-20 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sabah" daha bir futbolçunu heyətinə cəlb edib. Matc.az xəbər verir ki, Məhəmməd Mirzəbəyov bundan sonra bakılıların şərəfini qoruyacaq.

28 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb. Karyerası ərzində "Anji" (Rusiya), "Sumqayıt", "İnter" və "Qəbələ"nin uğurları üçün çalışmış futbolçunun son komandası "Neftçi" olub. Mirzəbəyov Azərbaycan millisində 18 oyun keçirib.

Qeyd edək ki, Məhəmməd Mirzəbəyov "Sabah"ın növbəti mövsüm üçün 4-cü transferidi. Daha öncə Cavid Tağıyev, Kevin Kubemba və Ruslan Abışovla müqavilə bağlanmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest