"çətin oyun olacağını bilirdik. çünki "Şerif" yaxşı komanda idi". Matç.az saytının məlumatına görə, bunu "Qəbələ"nin U-19 komandasının baş məşqçisi Emin İmaməliyev deyib.

"Qırmızı-qaralar" UEFA Gənclər Liqasının 2018-19 mövsümündə ilk oyununu Moldovanın "Şerif" komandasına qarşı keçirib.  Qəbələ şəhər stadionunda baş tutan oyun bərabərliklə başa çatıb – 1:1.

Oyundan sonra baş tutan mətbuat konfransında gənc çalışdırıcı fikirlərini bölüşüb: "Rəqibi təhlil etmişdik, bilirdik ki, əks hücuma üstünlük verəcəklər. Bir kobud səhvə görə qol buraxdıq. İkinci oyunumuzda daha yaxşı çıxış etməyə çalışacağıq".

- İlk hissədə oyunu cinahlardan qurdunuz, ikinci yarıda isə mərkəzdən həmlələr etdiniz. Bunun səbəbi nə idi?

- Rəqibin oyunlarına baxmışdıq. Mərkəzdə alınmadı, oyunu cinahlarda qurduq. Daha çox boş sahələrdə oynamağa çalışırdıq. Rəqibin ucaboy müdafiəçiləri ölkə çempionatındakı oyunlarında səhvlərlə yadda qalıblar. Ona görə oyunu cinahlardan qurmağa çalışırdıq.

- İkinci hissədəki oyunu ilk yarıda göstərmək yaxşı olmazdımı?

- Düşünmürəm ki, ilk hissədə zəif çıxış etdik. Ehtiyat edirdik. Cəmi bir səhv oldu və rəqib istifadə etdi. İkinci hissədə təzyiqi artırdıq, hesabı bərabərləşdirdik. Hətta ikinci və üçüncü qolu da vura bilərdik. Qələbə qazanmaq üçün təcrübəmiz çatmadı.

- Artıq rəqibi yaxından tanıdınız. "Qəbələ" "Şerif" səddini keçə bilərmi?

- Rəqibi yaxından tanıdıq. Səfərdə bizə ancaq qələbə lazımdı. Bunu etmək üçün əlimizdən gələni edəcəyik. Komandamdan razıyam. Həm ilk, həm də ikinci hissədə yaxşı futbol sərgilədik.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest