Bu gün çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü atılıb. Matc.az saytının məlumatına görə, İveçrənin Nyon şəhərində baş tutacaq mərasimdə qitənin ən nüfuzlu klub turnirində yarışacaq komandalar öz rəqiblərini tanıyıblar.

Azərbaycanı mötəbər yarışda "Qarabağ" təmsil edəcək. Reytinqinə görə səpələnmişlər sırasında yer almış Ağdam təmsilçisi ilk raundda özündən nisbətən zəif rəqiblərlə mübarizə aparacaq.

Qurban Qurbanovun komandası I təsnifat mərhələsində Albaniya çempionu "Partizani"yə rəqib olub. İlk görüş Albaniyada baş tutacaq.

 

çempionlar Liqası

I təsnifat mərhələsi

"Nomme Kalyu" (Estoniya) - "Şkendiya" (Makedoniya)

"Suduva" (Litva) - "Srvena Zvezda" (Serbiya)

"Ararat" (Ermənistan) - AIK (İsveç)

"Astana" (Qazaxıstan) - "çFR Kluj" (Rumıniya)

"Lüdoqorets" (Bolqarıstan) - "Ferensvaroş" (Macarstan)

"Partizani" (Albaniya) - "Qarabağ" (Azərbaycan)

"Slovan" (Slovakiya) - "Sutyeska" (Monteneqro)

"Seltik" (Şotlandiya) - "Sarayevo" (Bosniya və Herseqovina)

"Şerif" (Moldova) - "Saburtalo" (Gürcüstan)

"Düdelanj" (Lüksemburq) - "Valletta" (Malta)

"Linfild" (Şimali İrlandiya) - "Rusenborq" (Norveç)

"Valyur" (İslandiya) - "Maribor" (Sloveniya)

"Dundalk" (İrlandiya) - "Riqa" (Latviya)

TNS (Uels) - ilkin mərhələnin qalibi

HİK (Finlandiya) - "HB Torshavn" (Farer adaları)

BATE (Belarus) - "Pyast" (Polşa)

 

Qeyd edək ki, çempionlar Liqasında I təsnifat mərhələsinin oyunları 9-10 və 16-17 iyulda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest