09 Dekabr 2025, 10:34
FUTBOL
İngiltərə Premyer Liqasında 15-ci tura yekun vurulub.
Matc.az xəbər verir ki, "Mançester Yunayted" səfərdə "Vulverhempton"un qonağı olub. Qarşılaşma "qırmızı şeytanlar"ın 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 25-ə yüksəldən "Mançester Yunayted" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. 2 xalı olan "Vulverhempton" isə sonuncu yerdədir.
"Vulverhempton" - "Mançester Yunayted" 1:4
Qollar: Jan-Rikner Belleqarde, 45+2 - Bruno Fernandeş, 25, 82 (pen), Brian Mbemo, 51, Meyson Maunt, 62












