"Roma"nın canlı əfsanəsi Françesko Totti texniki direktor vəzifəsindən istefa verib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, bunu sabiq kapitan özü deyib.

Totti ayrılmağına səbəb kimi, rəhbərliyin ona inamının olmamasını göstərib: "Roma"ya qayıtsam, klubun yeni sahibə ehtiyacı olacaq. Yeni rəhbər mənə güvənsə, yaxşı olar. Deməliyəm ki, heç vaxt kluba ziyan vurmaram. Bir futbolçu kimi ayrılmaq daha çətin idi. "Roma"nı tərk etmək ölümdü. Düşünürəm ki, ölməyim daha yaxşı olardı. Bu illər ərzində çoxları klubda ağırlığımın olduğunu deyib. Bu məni narahat edir".

Qeyd edək ki, Françesko Totti 2017-ci ildə "Roma"nın heyətində futbolçu karyerasını başa vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest