"Derbi"nin baş məşqçisi Frenk Lempard "çelsi"nin "sükanı arxası"na keçə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "zadəganlar"ın əfsanəvi kapitanı baş məşqçi postuna ən real namizəddi.

Mauritsio Sarri ilə yollarını ayıran London təmsilçisi Lempardın bu işə hazır olduğunu düşünür. Bu üzdən klubun sahibi Roman Abramoviç gənc mütəxəssislə bu həftə bir araya gələcək. Görüş zamanı Lempardın tələbləri və müqavilə detalları müzakirə olunacaq. Hətta iddiaya görə, Abramoviç ona komandanı formalaşdırması üçün 2 il vaxt verəcək. Bu keçid baş verərsə, "çelsi" "Derbi"yə 4 milyon funt-sterlinq məbləğində kompensasiya ödəyəcək.

Qeyd edək ki, "çelsi" ötən mövsüm Sarrinin rəhbərliyi altında Avropa Liqasının qalibi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest