PSJ-nin hücumçusu Kilian Mbappe komandasını dəyişməyəcək. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, bunu Paris təmsilçisinin prezidenti Nasser əl-Xelaifi deyib.

Qətərli biznesmen gənc forvardın satılmayacağını açıqlayıb: "200% əminəm ki, Kilian Mbappe gələn mövsüm də komanda ilə birlikdə olacaq". 20 yaşlı superulduzun "Real"a keçəcəyi bildirilsə də, Fransa klubunun prezidenti bunu təkzib edib.

Qeyd edək ki, Kilian Mbappe ötən mövsüm 43 oyunda iştirak edib, 39 qol, 17 assistlə diqqət çəkib. Onun PSJ ilə müqavilə müddəti 2023-cü ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest