PSJ hücumçusu Neymarla yollarını ayırmağa hazırlaşır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Paris təmsilçisi bu qərarı futbolçunun şəxsi həyatındakı problemlərə görə qəbul edib.

Klub prezidenti özünü ulduz kimi aparanları satacaqlarını deməklə Neymara işarə vurub. Fransada xoşbəxt olmayan futbolçu özü də ayrılmaqda israrlıdı. Futbolçunun meneceri Pini Zaxavi onun İspaniyaya dönüşünü tezləşdirməyə çalışır. Hadisələrin bu cür axarı "Barselona"nın ürəyincə olub. Kataloniya təmsilçisi artıq qarşı tərəflə danışıqlara başlayıb.

Qeyd edək ki, Neymar PSJ-yə 2017-ci ildə 222 milyon avro müqabilində "Barselona"dan keçmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest