Amerika Kuboku-2019-da qrup mərhələsinin I turu davam edir. Matc.az saytının məlumatına görə, Paraqvay ilk görüşdə Qətərlə üz-üzə gəlib.
B qrupu çərçivəsində baş tutan qarşılaşmada 4 qol qeydə alınsa da, qalib müəyyənləşməyib. Halbuki cənubi amerikalılar matçın gedişində 2 top fərqi ilə öndə olub. 10 dəqiqə ərzində rəqibi 2 dəfə mərkəzə dəvət edən asiyalılar 1 xal almağa müvəffəq olub.
Amerika Kuboku-2019
B qrupu, I tur
Paraqvay - Qətər - 2:2
Kardozo, 4 (pen.); Qonzales, 56 - Almoez, 68; Xuki, 77