02 Dekabr 2025, 19:33
FUTBOL
"Borussiya"nın müdafiəçisi Niko Şlotterbek karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.
"Barselona" almaniyalı futbolçunun xidmətində maraqlıdır. Kataloniya təmsilçisinin baş məşqçisi həmyerlisini komandasında görmək istəyir.
Şlotterbek klubunun yeni müqavilə təklifini qəbul etməyib. 26 yaşlı mərkəz müdafiəçisinin dortmundlularla sözləşməsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
Qeyd edək ki, Niko Şlotterbek bu mövsüm "Borussiya"nın heyətində keçirdiyi 13 oyunda 2 qol ötürməsi edib.












