"Ayntraxt"ın müdafiəçisi Nataniel Braun Avropanın böyük klublarının transfer siyahısına düşüb.

Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.

"Mançester Yunayted", "Real" və "Barselona" almaniyalı sol cinah müdafiəçisini transfer etmək istəyir. Frankfurt təmsilçisi 22 yaşlı sol cinah müdafiəçisini satmağın əleyhinə deyil. Onlar Almaniya millisinin üzvü üçün yayda 60 milyon avro tələb edəcəklər.

Qeyd edək ki, Nataniel Braun bu mövsüm "Ayntraxt"ın heyətində keçirdiyi 18 oyunda 1 qol vurub, 3 qol ötürməsi edib. Onun klubla müqaviləsi 2030-cu ilin yayına kimidir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest