"İnter" müdafiə xəttini gücləndirmək üçün fəal şəkildə çalışır.

Matc.az xəbər verir ki, Milan təmsilçisi "Hayduk"un perspektivli mərkəz müdafiəçisi Branimir Mlaçiçlə maraqlanır. Bu barədə Xorvatiya mətbuatı məlumat yayıb.

A Seriyası nəhəngi artıq Hayduk rəhbərliyi ilə görüş keçirib və yaxın həftələrdə danışıqları davam etdirməyə hazırdır.

"İnter" skautları 18 yaşlı Mlaçiçi yüksək dəyərləndiriblər. İlkin plana əsasən, İtaliya klubu müqaviləni yaxın vaxtlarda rəsmiləşdirmək, lakin futbolçunu mövsümün sonuna qədər stabil oyun praktikasına sahib olması üçün "Hayduk"da icarədə saxlamaq istəyir.

Xorvatiya U-21 millisinin üzvü bu mövsüm Split təmsilçisinin heyətində bütün turnirlərdə 15 oyuna çıxıb və 2 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest