İnter” “Tottenhem”in qapıçısı Qulyelmo Vikario ilə maraqlanır.

Matc.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

Milan təmsilçisi italiyalı qolkiperi yayda transfer etməyi planlaşdırır. İtaliya millisinin özvü mövsüm başa çatdıqdan sonra yenidən vətənində oynamaq istəyir.

“İnter” 2023-cü ilin yayında, Andre Onananın “Mançester Yunayted”ə keçidi zamanı da Vikarionu transfer etmək istəmişdi. O zaman milanlılar “Tottenhem”lə rəqabətdə uduzmuş və Yan Zommera üz tutmağa məcbur olmuşdular. Hazırda isə vəziyyət onların xeyrinə dəyişə bilər.

İngiltərə klubu 29 yaşlı "əlcək sahibi"ni 25 milyon avroya satmağa hazırdır.

Qeyd edək ki, Qulyelmo Vikario bu mövsüm “Tottenhem”in heyətində bütün turnirlər üzrə 19 oyuna çıxıb. O, 7 matçda qapısını toxunulmaz saxlaya bilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest