Futbol üzrə "Copa America" turnirinə start verilib. Matc.az xəbər verir ki, öncə A qrupunun 1 oyunu keçirilib.
San-Paulu şəhərinin "Morumbi" stadionunda keçirilən açılış matçında meydan sahibi Braziliya Boliviyanı 3:0 hesabı ilə məğlub edib. Oyunda bütün qollar ikinci hissədə vurulub. "Barselona"nın yarımmüdafiəçisi Filippe Koutinyo dubl edib. Daha bir qolu isə "Qremio" klubunun forvardı Everton öz hesabına yazdırıb.

A qrupunun digər oyunu bu gün Venesuela və Peru arasında keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest