"Qəbələ"nin 11 yaşadək futbolçulardan ibarət komandası beynəlxalq turnirdə iştirak edəcək. Matc.az saytı xəbər verir ki, "qırmızı-qaralar" Polşanın Krakov şəhərində təşkil olunacaq "Murapol Cup 2019"da qüvvəsini sınayacaq.

Krakov şəhər meriyasının "Football 21" akademiyasının təşkilatçılığı, Miroslav Şımkovyak və Tomaş Frankovskinin dəstəyi ilə baş tutacaq yarışın püşkatma mərasimi olub. Polşa yığmasının sabiq üzvü Miroslav Şimkovyak "Qəbələ"yə maraqlı rəqiblər müəyyən edib.

Beləliklə, püşkün nəticəsinə görə, təmsilçimizi "Yagelloniya", "Lex", "Herenven", "çikaqo İqlz" və "Mançester "Yunayted"lə oyunlar gözləyir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest