Dario Frederiko "Neftçi"yə qayıdıb. Matc.az klubun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı futbolçu ilə münasibətlər rəsmiləşdirilib.

Onunla müqavilə 2 il müddətinə imzalanıb. 27 yaşlı yarımmüdafiəçi "ağ-qaralar"ın heyətində 10 nömrəli formanı geyinəcək.

2018-19 mövsümünün ilk yarısında "Neftçi"nin heyətində 17 oyunda 3 qol vuran Dario Frederiko Braziliyanın "Flamenqo" (2012-2014), "Fernandopolis" (2013), "Quaratinqeta" (2014), Portuqaliyanın "Trofensi" (2014-2015), Azərbaycanın "Kəpəz" (2015-2018) və Cənubi Koreyanın "Sonnam" (2017) və "Daequ" (2019) klublarında çıxış edib.

O, "flaqman"ın yay fasiləsində 3-cü rəsmi transferi olub. Belə ki, bakılılar buna qədər "Qəbələ"dən Vojislav Stankoviç və Rauf Əliyevi heyətinə qatmışdı.

Qeyd edək ki, Dario Frederikonun "Neftçi"yə qayıdacağını ilk dəfə matc.az saytı yazmışdı: http://matc.az/news.php?id=8602

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest