Rəşad Sadıqov kapitanı olduğu "Qarabağ"ın heyətində yubiley matçına çıxır. Matç.az saytının məlumatına görə, 36 yaşlı müdafiəçi Ağdam klubunda 75-ci avrokubok görüşünü keçirəcək.

Az sonra start götürəcək Avropa Liqasının qrupunun III turunun "Vorskla" ilə görüşünədək Rəşad 74 dəfə "Qarabağ" forması ilə qitə miqyaslı turnirlərdə iştirak edib. Onun hesabında 5 top var.

İlk dəfə Ağdam təmsilçisi ilə Avropaya çıxışı 2009-cu ilə təsadüf edən Sadiqov həmin vaxt Avropa Liqasında Norveç "Rusenborq"u ilə görüşdə debüt edib. Həmin vaxtdan Rəşad çempionlar Liqasında 23, Avropa Liqasında 51 dəfə komandasının formasını geyinib. O, bütün qollarını Avropa Liqasında vurub.

Qrup mərhələsinin ilk görüşündə "Sportinq" və "Arsenal"a qarşı oynaya bilməyən müdafiəçi 75-ci yubiley matçını zədə səbəbindən təxirə salırdı. Bugünkü matçın protokoluna adı düşən Rəşad yubileyi Bakı Olimpiya Stadionunda qeyd edəcək.

Qeyd edək ki, Sadıqov "Qarabağ"a qədər "Neftçi" və Türkiyə "Kayserispor"u ilə də avrokubok həyəcanı yaşayıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest