Bu gün milli komandaların FİFA reytinqi açıqlanıb. Matc.az saytı xəbər verir ki, 2019-cu ilin üçüncü siyahısında dəyişikliklər qeydə alınıb.

Buna baş tutan rəsmi və yoldaşlıq görüşləri səbəb olub. Hesabat dövründə AVRO-2020-nin seçmə oyununda Macarıstan (1:3) və Slovakiyaya (1:5) məğlub olan Azərbaycan millisi 14 xal itirib. Bu, komandamızın 2 pillə geriləməsinə səbəb olub.

Xal hesabı 1188-ə düşən Nikola Yurçeviçin kollektivi 110-cu pilləni Bəhreynlə bölüşüb.

 

Millimiz və "qonşuları"

107 (102). Farer adaları – 1200

108 (107). Madaqaskar - 1198

109 (110). Zimbabve – 1192

110 (111). Bəhreyn – 1188

110 (108). Azərbaycan – 1188

112 (112). Mərkəzi Afrika Respublikası – 1184

113 (113). Namibiya – 1182

114 (116). Qazaxıstan – 1174

115 (115). Sierra Leone – 1172

 

Yığmamızın AVRO-2020-nin seçmə mərhələsindəki rəqibləri də yerlərini dəyişib. Xorvatiya və Uels reytinqdə geriləyibsə, millimizi Bakıda üstələyən Slovakiya ilə Macarıstanın mövqeyində irəliləyiş müşahidə olunub. Xüsusən də, macarlar 9 pilləlik sıçrayış edib.

 

Millimizin rəqibləri

6 (5). Xorvatiya – 1625

23 (19). Uels - 1514

31 (32). Slovakiya - 1491

42 (51). Macarıstan - 1442

 

Dünyanın ən güclü 10 komandasının siyahısında da müəyyən yerdəyişmələr olub. Ancaq ilk "10-luq"dakı komandalardan heç biri buranı tərk etməyib.

 

İlk "onluq"

1 (1). Belçika – 1746

2 (2). Fransa – 1718

3 (3). Braziliya – 1681

4 (4). İngiltərə - 1652

5 (7). Portuqaliya – 1631

6 (5). Xorvatiya – 1625

7 (9). İspaniya – 1617

8 (6). Uruqvay - 1615

9 (8). İsveçrə – 1605

10 (10). Danimarka – 1589

 

Qeyd edək ki, qonşu Türkiyə millisi 1467 xalla siyahıda 37-ci yerə yüksəlib. "Ay-ulduzlular" 2 addım irəliləyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest