UEFA ötən mövsüm çempionlar Liqasında iştirak edən klubların qazancı barədə məlumat yayıb. Matç.az saytı xəbər verir ki, qitə futbol qurumu ilk dəfə Azərbaycanı çempionlar Liqasında təmsil edən "Qarabağ"ın qazancını da açıqlayıb.

C qrupunda mübarizə aparan Azərbaycan çempionunun ümumi gəliri 16 milyon 819 min avro təşkil edib. Qurban Qurbanovun yetirmələri bunun 2 milyonunu pley-off mərhələsinə yüksəldiyi, 12,7 milyonunu qrupa vəsiqə qazandığı üçün alıb. Bundan əlavə 1 milyon qrupdakı nəticələrə (2 heç-heçə) görə, 1 milyon 119 min avro isə marketinq gəlirləri olub.

Qeyd edək ki, "çelsi", "Roma" və "Atletiko" ilə eyni qrupda yer alan "Qarabağ" sonuncularla hər iki matçda heç-heçə etmiş və qrupu 2 xalla tamamlamışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest