"Möhtəşəm oyun alındı. Hər iki komanda yaxşı futbol sərgilədi". Matç.az saytının məlumatına görə, bunu "Şerif"in 19 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Luka Pavloviç deyib.

Moldova təmsilçisi UEFA Gənclər Liqasının 2018-19 mövsümündə ilk oyununu "Qəbələ"yə qarşı keçirib. Qəbələ şəhər stadionunda baş tutan qarşılaşma bərabərliklə başa çatıb – 1:1.

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən 55 yaşlı çalışdırıcı fikirlərini bildirib: "Qəbələ" haqqında əvvəlcədən məlumatım var idi, rəqibin gücünə bələd idim. Futbolçularımdan razıyam".

Pavloviç ikinci hissədəki zəif çıxışlarını belə əsaslandırıb: "İkinci hissənin əvvəlində "Qəbələ" qol vurdu və motivasiyamız bir qədər aşağı düşdü. Bundan başqa, 3 gün əvvəl Moldova çempionatında çox çətin oyunumuz olmuşdu. İkinci hissədəki oyunumuzu yalnız bununla əlaqələndirə bilərəm".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest