“Bavariya”dan ayrılaraq “Real”a dönən Xames Rodrigezin Madriddə çox qalmayacağı gözlənilir. Matc.az saytının məlumatına görə, kolumbiyalı oyunçu İtaliyaya köçə bilər.

Onun xidmətində “Napoli” maraqlıdır. “Real” isə Xamesə qiymət qoyub – 42 milyon avro. Əgər italiyalılar bu pulu ödəsə, oyunçuya tamhüquqlu sahib olacaqlar.

Maraqlıdır ki, əgər “Napoli” bu məbləği ödəyib, Xamesi alsa, klubun transfer rekordu qırılmış olacaq.

İtaliya mətbuatının iddiasına görə, tərəflər satın almaq şərti ilə icarə variant üzərində də düşünürlər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest