"Neftçi"dən ayrılan kapitan Ruslan Abışovun yeni komandasının adına aydınlıq gəlib. Matc.az-ın "Sabah"ın rəsmi saytına istinadən məlumatına görə, milli komandamızın müdafiəçisi bu komanda ilə anlaşıb.

Növbəti mövsümün transfer çalışmalarını davam etdirən paytaxt təmsilçisinin 3-cü keçidi məhz Abışov olub. 31 yaşlı futbolçu yeni komandası ilə 2 illik müqavilə bağlayıb.

Futbolçu karyerasına "Neftçi"də başlayan Abışov daha sonra "Xəzər Lənkəran", "Qəbələ", "İnter" və Rusiyanın "Rubin" klubunun uğurları üçün çalışıb. Ruslan Azərbaycan millisində keçirdiyi 55 oyunda 4 qola imza atıb.

Qeyd edək ki, "Sabah" Abışova qədər Cavid Tağıyev və Kevin Kubembanı transfer etmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest