Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev AVRO-2020-nin seçmə mərhələsində Slovakiyaya böyükhesablı məğlubiyyətə görə azarkeşlərdən üzr istəyib. "Krılya Sovetov"un futbolçusu bunu feysbuk səhifəsi vasitəsilə yazıb.

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev AVRO-2020-nin seçmə mərhələsində Slovakiyaya böyükhesablı məğlubiyyətə  görə azarkeşlərdən üzr istəyib. Matc.az xəbər verir ki, "Krılya Sovetov"un futbolçusu bunu feysbuk səhifəsi vasitəsilə yazıb.

O, fanatların daha yaxşısına layiq olduğunu vurğulayıb: "Zəif oyunumuza görə üzr istəyirəm. Siz daha yaxşısına layiqsiniz".

Forvard qarşılaşmadan sonra müsahibə zamanı ağlaması ilə bağlı fikirlərə də münasibət bildirib: "Düzdü, çox üzülmüşdüm. Amma müsahibədə ağlamamışam, tərimi silirdim".

Qeyd edək ki, yığmamızın 1:5 hesabı ilə məğlub olduğu görüşdə təsəlli qoluna məhz Ramil Şeydayev imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest