"Niyə şərhçi futbolçuların yerinə çıxıb üzr istəməlidi? Üzr istəməli olanlar futbolu, məşqçi və məşqçilər korpusudu. Sən kimə olur olsun, bu cür 1:5 hesabı ilə uduzursansa, üzün qapqara olmalıdı. Başqa heç bir bəhanə qəbul edilməzdi".

Azərbaycan millisinin Slovakiya ilə oyunda böyük hesablı məğlubiyyəti geniş müzakirələrə səbəb olub. Matc.az xəbər verir ki, qarşılaşma ilə bağlı ən kəskin tənqidlərdən birini "CBC Sport" kanalının şərhçisi Rüstəm Əfsərli edib. O, millinin meydançada mübarizə aparmadığını vurğulayıb:

"Niyə şərhçi futbolçuların yerinə çıxıb üzr istəməlidi? üzr istəməli olanlar futbolu, məşqçi və məşqçilər korpusudu. Sən kimə olur olsun, bu cür 1:5 hesabı ilə uduzursansa, üzün qapqara olmalıdı. Başqa heç bir bəhanə qəbul edilməzdi".

Əfsərlinin bu sözləri qısa zamanda sosial şəbəkələrdə böyük marağa səbəb olub. Onun bu şərhinin videosu hazırda minlərlə baxış toplayır və izlənmə rekordları qırır.

Qeyd edək ki, Avro-2020-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan yığması Slovakiyaya 1:5 hesabı ilə uduzub.

BAKU.WS 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest