"Barselona" "Bavariya"nın hücumçusu Harri Keynin potensial transferi ilə bağlı məlumat toplayır.

Matc.az xəbər verir ki, bu barədə "Sport.es" məlumat yayıb.

Bildirilir ki, 32 yaşlı futbolçunun müqaviləsindəki 65 milyon avroluq sərbəst qalma bəndi 2026-cı ilin yayında qüvvəyə minəcək. İngiltərə millisinin kapitanının "Barselona"ya potensial transferinin Kataloniya klubunun maliyyə vəziyyətindən asılı olacağı vurğulanır.

Keynlə onu geri qaytarmaq istəyən "Tottenhem" və Səudiyyə Ərəbistanı klubları da maraqlanır.

Qeyd edək ki, bu mövsüm Keyn bütün turnirlərdə 15 oyunda meydana çıxıb, 22 qol vurub və 3 məhsuldar ötürmə edib. Oyunçunun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir. "Transfermarkt" portalında futbolçunun dəyəri 75 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest