"Real"ın hücumçusu Kilian Mbappe La Liqanın 11-ci turunda "Valensiya"ya qarşı (4:0) keçirilən oyunun ilk hissəsində iki qol vurub.

Matc.az xəbər verir ki, bu iki qol 26 yaşlı fransız futbolçunun Avropanın ən yaxşı beş liqasında vurduğu qolların ümumi sayını 235-ə çatdırıb.

"Valensiya"ya qarşı vurduğu iki qol ilə Mbappe Avropanın ən yaxşı beş liqasında 233 qol vuran əfsanəvi Tyerri Anrini geridə qoyub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest