"Zirə" daha bir futbolçusu ilə bağlı qərarını verib. Matc.az saytının məlumatına görə, müdafiəçi Adrian Skarlatake paytaxt təmsilçisi ilə yeni sözləşmə imzalayıb.

ötən ilin sentyabrından "Zirə"nin formasını geyinən rumıniyalı futbolçu rəhbərliyin yeni 1 illik müqavilə təklifini qəbul edib. Maraqlısı budu ki, rəsmi saytı olmayan və feysbuk səhifəsi vasitəsilə məlumatlar paylaşan bakılılar Skarlatakenin yeni anlaşmasını instaqram səhifəsində elan edib.

Qeyd edək ki, "Zirə" Skarlatakeyə qədər Robin Nqalande, Mfo Kqasvane, Şafik Tiqrudca və Tellur Mütəllimovla yeni saziş bağlamışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest