"Ölkə xaricindən bir klub onunla ciddi maraqlanır. Futbolçunun yay transfer dönəmində keçib-keçməməsini araşdırırlar. Hətta gecələr də onun təmsilçisi ilə alaqə saxlayırlar"

​Cənubi Afrika Respublikasının (CAR) "Kayzer çifs" klubunun sabıq futbolçusu Hendrik Eksteynlə maraqlanan Azərbaycan klubunun adına aydınlıq gəlib. Matc.az-ın yerli mətbuata istinadən məlumatına görə, 28 yaşlı oyunçu "Qarabağ"ın maraq dairəsindədi.

Mənbə soccerladuma.co.za saytına açıqlamasında Azərbaycan çempionunun yarımmüdafiəçi ilə hər gün əlaqə saxladığını vurğulayıb. O, yerli "Orlando Pirates" klubu ilə yanaşı, "Qarabağ"dan təklif gəldiyini deyib: "ölkə xaricindən bir klub onunla ciddi maraqlanır. Futbolçunun yay transfer dönəmində keçib-keçməməsini araşdırırlar. Hətta gecələr də onun təmsilçisi ilə alaqə saxlayırlar. Bu, Azərbaycanın ən yaxşı klublarından biri, Dino Ndlovunun keçmiş komandası "Qarabağ"dı".

Qeyd edək ki, Hendrik Eksteyn "Kayzer çifs"dən apreldə ayrılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest