Plagiatlıq - latın dilindən "plagio" sözündən götürülüb - "oğurlayıram" deməkdi, müəllifin və ya ixtiraçının hüquqlarının pozulması növüdü. Bu, digər şəxsə məxsus əsərin mənbəyinə istinadsız, öz adı altında tamamilə və ya qismən istifadə edilməsi deməkdi. Plagiatlıq anlayışını məqsəddən asılı olaraq növlərə ayırmaq da mümkündü: birbaşa plagiatlıq - mətnin eyni ilə, dəyişiklik etmədən köçürülməsi (vikipediya).

"Neftçi"nin dünən paylaşdığı məlum video da birbaşa plagiatlıqdı. Fanat.az saytının yazdığı kimi, videonu hazırlayan klub əməkdaşları sadəcə sözləri tərcümə edib və "Liverpul"u "Neftçi" ilə əvəzləyib. Bununla azarkeşlərə plagiat bir video təqdim ediblər. Hələ klubun prezidenti də utanmadan bu oğurluqda iştirak edərək, oğurlanmış mətni oxuyur.

Düzdü, "ağ-qara" komandaya könül verən azarkeşlərin böyük əksəriyyəti videonun ingilislərə məxsus olmasından xəbərsizdi. Amma təcrübəli jurnalistlər klub rəsmilərinin oğurluğa əl atdığını həmən biliblər. Məsələn, videonu izləyən rekord.az saytının rəhbəri Kənan Məstəliyev kluba iradını bildirib: "Artıq iki, ya üçüncü dəfədi plagiat ideyalardan - yəni başqa klubların etdiyini eynilə təkrarlayaraq - yararlanıb iş görülüb. Bu, olmadı artıq. Mən də elə ürəkdən layk edib, şərhlər yazıram, tərifləyirəm ki... Sonra da məlum olur ki, başqaları edib. özümü aldadılmış kimi hiss edirəm".

Görünən odu ki, "Neftçi" hamını aldadıb.

Videoda ağızdolusu danışan klub prezidenti Kamran Quliyev futbola lap dünən də gəlməyib. Ən azı adam ölkəmizdə qızlar arasında keçirilmiş dünya çempionatında banner işinə baxan gənc, perspektivli kadr sayılırdı. Bu mənada 10 ilə yaxın Azərbaycan millisinin kapitanını tanımayan yeganə şəxs kimi, bəlkə də dünyada yeganə klub prezidentidi. çoxları Quliyevi "Sumqayıt" klubundan tanısa da, onun keçmişi barədə kiçik araşdırma aparanda hansısa tikinti şirkətində kassir işlədiyi üzə çıxır. Əli pulla oynayan Kamran bəyin tez-tez Bakıxanov qəsəbəsindəki gecə klublarından birində kef çəkdiyi və sonradan həmin məkanı himayəyə götürdüyü barədə xəbərlər dolaşır. Bu kimi səbəblərdən onun videonun ingilislərə məxsus olduğunu bilməməsi normaldı.

Video başda Rüstəm Allahverdiyev olmaqla klubun mətbuat xidmətinin "məhsul"udu. "Neftçi"yə gələndə özünü çoxlarına "Azərenerji" ASC-nin sabiq prezidenti Etibar Pirverdiyevin adamı kimi təqdim edirdi. "Daydayı"sı iyulda ölkənin enerji sistemindəki vəziyyətlə əlaqədar hesabatda necə "utandısa", az sonra vəzifəsindən kənarlaşdırıldı.

Deyir, keçəlin utanması, papağı düşənəcəndi.

Görəsən, Allahverdiyev necə, iki ya üçüncü "plagio"ya görə "daydayı"sı kimi utanırmı?

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest