"Beşiktaş"ın prezidenti Fikrət Orman maraqlı açıqlama ilə diqqət çəkib. Matc.az saytı xəbər verir ki, yeni baş məşqçi Abdullah Avcının təqdimat mərasimində fikirlərini bölüşən Orman həmkarlarını tənqid edib.

"Ağ-qaralar"ın rəhbəri Superliqa klublarının digər prezidentlərinə mesaj göndərib. O, gələn mövsümdən həmkarlarının hakimlərə təzyiq göstərəcəyi təqdirdə, "Beşiktaş"ın da bu addımı atacağını vurğulayıb.

Orman eyni zamanda Türkiyə futbolunu dirçəltmək üçün birgə hərəkətin vacib olduğunu deyib: "Prezident olduğum gündən bəri həm "Beşiktaş"ın, həm də Türkiyə futbolunun marka dəyərlərinə yatırım etməyə çalışdım. Prezidentlərin, rəhbərlərin yeganə vəzifəsi nəyin bahasına olursa-olsun, öz komandalarının uğur qazanması deyil. Türkiyə futbolunu yüksəltmək hamımızın borcudu. 2024-cü ildən etibarən çempionlar Liqası 1, çempionlar Liqası 2 və çempionlar Liqası 3 kimi turnirlərin təşkili məsələsi gündəmdədi. Superliqanın səviyyəsini yüksəltmədiyimiz müddətdə çempionlar Liqasında Moldova, Azərbaycan, Andorra kimi ölkələrin klubları ilə qarşılaşmaqla kifayətlənəcəyik. Tək "Beşiktaş"la bunu düzəltmək mümkün deyil".

Qeyd edək ki, "Beşiktaş" növbəti mövsüm Avropa Liqasının qrup mərhələsindən mübarizəyə qoşulacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest