"Roma"nın yeni baş məşqçisinin adına aydınlıq gəlib. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Paulo Fonseka "canavarlar"ın "sükanı arxası"na gətirilib.

Mozambik əsilli mütəxəssis yeni komandası ilə 2 illik müqavilə imzalayıb. Sözləşmədə müddətin daha 1 il uzadılması bəndi də var. Son 3 mövsümü Donetsk "Şaxtyor"unda keçirən 46 yaşlı çalışdırıcı ardıcıl 3 mövsüm "Qızıl dubl" edib.

Qeyd edək ki, Paulo Fonseka "Şaxtyor"dan əvvəl "Portu" və "Braqa" kimi klublara da rəhbərlik edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest