"Bavariya" "Leypziq"in hücumçusu Timo Vernerin transferindən imtina edib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Münhen təmsilçisi qarşı tərəfin tələbini çox görür.

Məsələ burasındadı ki, "Leypziq" Almaniya millisinin üzvü üçün Bundesliqa çempionundan 65 milyon avro istəyib. Münhenlilər isə futbolçunun klubu ilə müqavilə müddətinin gələn ilin yayına qədər olduğunu nəzərə alaraq, bu keçiddən imtina edib. "Bavariya" rəhbərliyi Verneri 2020-ci ilin yayında havayı heyətinə qatmağı planlaşdırır.

"Leypziq" isə onun pulsuz ayrılmasının qarşısını almaq üçün 23 yaşlı qol "silahı"na yeni müqavilə təklif edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest