"Sevilya"nın aparıcı futbolçusu Vissam Ben Yedder komandasını dəyişmək fikrinə düşüb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, bunu 29 yaşlı vinger özü bildirib.

Fransa millisinin üzvü daha böyük klubda oynamaq niyyətində olduğunu söyləyib: "Dünya səviyyəli klubda ulduz futbolçularla birlikdə oynamaq arzusundayam. Daha yuxarılara getmək istəyirəm və düşünürəm ki, ayrılıq vaxtıdı. Klubuma hörmətsizlik etmək istəmirəm. Gələcəyimlə bağlı narahat deyiləm. Milli komandanın oyunlarından sonra qərarımı verəcəm".

Qeyd edək ki, Vissam Ben Yedderin "Sevilya" ilə müqavilə müddəti 2021-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest