Dünya futbolu təcavüz xəbərləri ilə çalxlanır. Matc.az saytının məlumatına görə, Əfqanıstan qadın futbol komandasının üzvlərindən biri Əfqanıstan Futbol Federasiyasının prezidenti Kəraməddin Kərimi ona və daha 3 komanda yoldaşına təcavüz etməkdə ittiham edib.

"Guardian"da çıxan xəbərdən sonra FİFA yerli hüquq-mühafizə orqanlarına müraciət edərək hadisələrin dəqiq araşdırılmasını tələb etmişdi.

Prokurorluğun xəbəri təsdiqləməsindən sonra isə dünyanın ali futbol qurumu Kərimini ömür boyu futboldan uzaqlaşdırıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest