AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Türkiyə millisi Fransa ilə qarşılaşıb. Matc.az saytının məlumatına görə, sözügedən oyun qardaş ölkə yığmasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Fransa yığması bu oyunu son 10 ildə ilk dəfə çərçivəyə zərbə vurmadan tamamlayıb. Meydan sahiblərinin inanılmaz təzyiqi ilə üzləşən "xoruzlar" cəmi 4 cəhdin heç birində qapıya düşə bilməyib.
Fransızların 180 milyon avroluq super ulduzu Kilian Mbappe də görüşü antirekordla başa vurmalı olub. Belə ki, PSJ-nin əsas qol silahı 90 dəqiqə ərzində düz 22 (!) dəfə top itirib ki, bu da oyunçunun peşəkar karyerası boyunca ən pis göstəricisidir.
AVRO-2020 seçmə mərhələsi
8 iyun
Türkiyə - Fransa - 2:0
Kaan Ayhan, 30, Cengiz ünder, 40