01 Oktyabr 2025, 14:24
MPL
Matçın gedişində işiqlar söndüyünə görə oyun 20 dəqiqə gecikdiyi üçün Masazır təmsilçisi 1000 manat cərimə edilib.
AFFA İntizam Komitəsi "Sabah"ı yüksək məbləğdə cərimələyib.
Matc.az xəbər verir ki, buna səbəb Misli Premyer Liqasının VI turunun "Sumqayıt"la oyununda (1:1) baş verənlərdir.
Matçın gedişində işiqlar söndüyünə görə oyun 20 dəqiqə gecikdiyi üçün Masazır təmsilçisi 1000 manat cərimə edilib.
"Sabah" 4 futbolçusu sarı vərəqqə aldığı üçün daha 700 manat cərimələnib.
Komandanın məşqçisi Castinas Qasiunasa 4 oyunluq cəza verilib. Mütəxəssis 90+4-cü dəqiqədə hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. Məşqçinin davranışına görə klub 10000 manat cərimə ödəyəcək.












