AFFA İntizam Komitəsinin iclası keçirilib.

Matc.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının VI turunun oyunlarında baş verən qayda pozuntularına hüquqi qiymət verilib:

"İmişli" 1000 manat cərimə edilib. Buna səbəb "Zirə" ilə matçda (1:1) Əsasnamənin 14-cü maddəsinin 11-ci bəndinin tələbləri pozulmasıdır. Belə ki, media sektora kənar şəxslər daxil olub.

"Qəbələ"nin futbolçussu Prins Ovusu ciddi qayda pozuntusuna yol verdiyi üçün 2 oyunluq cəzalandırılıb. O, "Qarabağ"la matçın (0:2) 1-ci dəqiqəsində etdiyi hərəkətə görə birbaşa qırmızı vərəqə görüb. Ovusunun davranışına görə klub 1000 manat cərimələnib.

"Araz-Naxçıvan" 700 manat ziyana düşüb. Muxtar Respublika təmsilçisinin 5 futbolçusu "Şamaxı" ilə görüşdə (1:1)sarı vərəqə görüb.

"Kəpəz" azarkeşlərinə görə cərimə ödəməli olacaq. Gəncə təmsilçisinin fanatları "Turan Tovuz"la matçda (0:3) rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirib. "Sarı-göylər" buna görö 5000 manat cərimə edilib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest