“Kəpəz” baş məşqçi problemini həll etmək üzrədi. Matc.az xəbər verir ki, Gəncə təmsilçisinin rəhbərliyi bu posta yenidən Azər Bağırovu gətirməyə məcburdu. Ona görə məcbur ki, yerli fanatlar 41 yaşı mütəxəssisin komandaya qaytarılmasında israrlıdırlar.
“Kəpəz” ötən mövsümə də Adil Şükürovla start vermişdi. Amma o, dördüncü turdan sonra uğursuzluq səbəbindən komandadan kənarlaşdırılmışdı. Beşinci turda Azər Bağırov baş məşqçi postuna gətirildi və “sarı-göy”lər Premyer Liqada yerini qorumağı bacardı.
2025/26 mövsümünün əvvəlində yenilənmiş “Kəpəz” rəhbərliyi Bağırova haqsızlıq etməklə, onunla müqavilənin müddətini artırmadı və əvəzində yenidən uğursuz məşqçi Adil Şükürova şans verildi. Zaman göstərdi ki, bu, yanlış qərardı, çünki Adil bəy bu dəfə beşinci turdan sonra postundan uzaqlaşdırıldı.
Ümidlər yenə Azər bəyə qalıb, çünki azarkeşlər onu komandada görməkdə maraqlıdırlar. Bunu yaxşı anlayan klub rəhbərliyi isə başqa seçim üzərində fikirləşmək istəmir.
Gözləyək, “Kəpəz”in İdarə Heyəti ilk düzgün qərarını verəcəkmi?
Qeyd edək ki, keçirdiyi 6 oyunun hamısında uduzan Gəncə komandası hazırda turnir cədvəlində sonuncudu.












