Mövsümlərarası fasilədə Rauf Əliyev və Vojislav Stankoviçi transfer edən "Neftçi" 3-cü keçidinə hazırlaşır. Matc.az saytının məlumatına görə, Cənubi Koreyanın "Daequ" klubunda çıxış edən Dario Frederikonun "ağ-qaralar"a qayıtması artıq an məsələsidi.

Bu ilin yanvarında "Neftçi"ni "Daequ"ya dəyişən braziliyalı vingerin "ağ-qaralar"la danışığı müsbət yekunlaşıb. Avropa Liqasında çıxış edəcək "flaqman" Cənubi Koreya komandasına lazım olmayan 28 yaşlı hücumameyilli oyunçunu qayıtmağa razı salıb.

Baqali Dabo, Evangelos Platellas, Namiq Ələsgərov kimi ön xətt oyunçulara sahib olan, həmçinin Rauf Əliyevin transferindən sonra Stiven Jozef-Monrozla da razılıq əldə edən "Neftçi"də Darionun da gəlişi Canluka Sansonenin "18-lik" ümidini puç edib.

Paytaxt təmsilçisi italiyalı forvardı "əldən çıxarmağın" yollarını axtarır. Ancaq Sansonenin müqavilə müddətinin gələn ilin yayına qədər olması rəhbərliyin əl-qolunu bağlayır. Bu üzdən klub onu icarəyə verməyə çalışır. Məsələ burasındadı ki, yerli komandalardan 32 yaşlı forvarda yaxın duran yoxdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest