"Qarabağ" eyni zamanda əcnəbi axtarışlarını da davam etdirir. Yakub Jezniçakın gedişindən sonra baş məşqçi Qurban Qurbanov əcnəbi mərkəz müdafiəçisi istəyir.

Növbəti dəfə çempionlar Liqasında mübarizə aparacaq "Qarabağ" heyətin gücləndirilməsi üçün hərəkətə gəlib. Matc.az saytının məlumatına görə, yay fasiləsində hələ heç bir oyunçunu almayan ağdamlıların 3 transfer planı məlumdu.

ölkə çempionu "Qəbələ"nin cinah müdafiəçisi Amin Seydiyevə "elçi düşüb". Hətta bununla bağlı qarşı tərəfə təklif də göndərilib. Sadəcə, problem ondadı ki, hər iki cinahda oynamağı bacaran 21 yaşlı futbolçu "Qarabağ"a keçərək, Maksim Medvedev və Abbas Hüseynovun kölgəsində qalmaq istəmir. U-21 millimizin üzvü müntəzəm oynamaq fikrindədi.

"Qarabağ" eyni zamanda əcnəbi axtarışlarını da davam etdirir. Yakub Jezniçakın gedişindən sonra baş məşqçi Qurban Qurbanov əcnəbi mərkəz müdafiəçisi istəyir.

Bundan başqa, ağdamlıların İtaliyadan bir qapıçı tapdığı və onunla ilkin razılıq əldə etdiyi ilə bağlı məlumat da var.

Qeyd edək ki, "Qarabağ" yay fasiləsində Yakub Jezniçak, İnnosent Emeqara, Reynaldo Silva, Con Delarj və Vild-Donald Gerye ilə yollarını ayırıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest