Azərbaycanı Avropa Liqasında təmsil edəcək "Səbail" növbəti transferini reallaşdırıb. Paytaxt təmsilçisi U-21 millimizin üzvü Turan Manafovu heyətinə qatıb. 21 yaşlı yarımmüdafiəçi yeni komandası ilə 2 illik müqavilə imzalayıb.

Azərbaycanı Avropa Liqasında təmsil edəcək "Səbail" növbəti transferini reallaşdırıb. Matc.az saytının məlumatına görə, paytaxt təmsilçisi U-21 millimizin üzvü Turan Manafovu heyətinə qatıb.

"Qarabağ"ın yetirməsi olan 21 yaşlı yarımmüdafiəçi yeni komandası ilə 2 illik müqavilə imzalayıb. "Qarabağ"la yanaşı, "Neftçi" və "Sumqayıt"ın əvəzedicilərində də çıxış etmiş Manafov ötən mövsümün ikinci dövrəsini I divizion təmsilçisi "Zaqatala"da keçirib.

Qeyd edək ki, "Səbail"in yay fasiləsindəki ilk transferləri Kamal Bayramov və Urfan Abbasov olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest