"çelsi"nin baş məşqçisi Mauritsio Sarri yeni mövsümdən "Yuventus"un "sükanı arxası"na keçəcək. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, klublar arasında danışıqlar başa çatıb.

"Zadəganlar" italiyalı mütəxəssisin vətəninə yollanmasına razılıq verib. Tərəflər arasındakı anlaşmaya əsasən, "qoca sinyora" ingilislərə 5 milyon funt-sterlinq təzminat ödəyəcək.

Qeyd edək ki, "çelsi" geridə qalan mövsüm Sarrinin rəhbərliyi altında Avropa Liqasının qalibi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest